Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlər davam edir.
Metbuat.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu gün Nazim Süleymanovun karyerasından bəhs edən “Bitməyən Matç” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Varisdir.
Beynəlxalq Mətbuat Mərkəzində reallaşan tədbirdə vaxtilə Nazim Süleymanovla birgə çiyin-çiyinə oynamış veteranlarla yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələri və mətbuat işçiləri də iştirak ediblər. Tədbirə təşrif buyuran yazıçı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Nazim Süleymanov barədə xoş sözlər söyləyib.
Digər çıxış edənlər də Nazim Süleymanovla bağlı xatirələrini, düşüncələrini bölüşüblər.