Müsabiqә öncәsi o, әn azı, 6 ölkәni ziyarәt edәcәk. Aprelin 13 dә Elnur Macarıstanın paytaxtı Budapeştdә oldu vә burada mәtbuat vә pәrәstişkarlarla ünsiyyәtdә oldu, hәmçinin Macarıstan tәmsilçisi cazibәdar Boqqi ilә tanış olub. Elnur vә Boqqi dolğun müsahibә vә sәhәr çәkilişindәn sonra görüşüblәr.
Elnur әsl centlmen kimi Macarıstan gözәlinә lalә dәstәsi tәqdim etdi vә bununla onu ilk dәqiqәlәrdәn fәth etdi. Daha sonra onlar gәzintiyә çıxdılar.
Boqqi Elnura Budapeşt arxitekturunun mirvarisi – Peştdә Müqәddәs İştvan bazilikasını göstәrdi vә ona bu kilsәnin tarixini danışdı. Mәhz bu kilsәnin yaxınlığında Boqqinin "Wars for Nothing" mahnısına dәstәk olaraq fleşmob keçirilib. Boqqi bu fleşmobu Amsterdamda da tәkrar etmәk niyyәtindәdir, Elnur da orada iştirak etmәyә öz razılığını verdi. Müsabiqә iştirakçıları Budda vә Peştdә gәzdilәr, әzәmәtli Dunaya düşdülәr vә söhbәt әtmәyә yorulmadılar.
“Bizi birlәşdirәn bir çox cәhәt var! – deyә, Elnur öz tәәssüratlarını ifadә edir. – Bizim mahnılarımız verdiyi mesaja görә biri birinә bәnzәyir. İkimiz dә haq, hәqiqәt axtarışı, zorakılığa qarşı mübarizә barәdә oxuyuruq. Bundan әlavә bizim musiqi zövgümüz vә vokal mәktәbimiz eynidir. Boqqi cazibәdar qızdır vә çox qonaqpәrvәrdir. Amsterdamda görüşümüzü gözlәyirәm!” Elnur vә Boqqi hәr mövzu әtrafında söhbәt elәdilәr – musiqi, “Eurovision”, onları ilhamlandıran ifaçılar vә sair.
“Elnur – çox güclü vә maraqlı ifaçıdır, Boqqi etiraf etdi. – Mәn onun mahnısını bir neçә gün bundan qabaq eşitdim vә demәk olar ona aşiq oldum – o, mәnim mahnımdan tam fәrqlәnir vә eyni zamanda onların ruhu oxşardır. Mәn şadam ki, daha parlaq gәlәcәk naminә mübarizә mövzusu yalnız mәni narahat etmir. Elnur – ciddi rәqibdir, sadәcә ona görә yox ki, o, әla vokalistdir, o, hәmçinin gözәl oğlandır. Әminәm ki, sәhnәdә o, çox gözәl görsәnәcәk!” Növbәti dәfә müsabiqә iştirakçıları Amsterdamda görüşәcәklәr, onlar aprelin 18-dә müsabiqә öncәsi әn irimiqyaslı tәdbirdә "Eurovision in Concert"dә iştirak edәcәklәr.
Elnur Hüseynov mayın 21dә “Eurovision2015” mahnı müsabiqәsinin ikinci yarımfinalında 11 nömrә altında "Hour of the Wolf" mahnısını tәqdim edәrәk Azәrbayvcanı tәmsil edәcәk.
Milli.Az

