Sağlam həyat tərzi hər bir insana lazımdır. Hamı həkimə getmədən, gündəlik qidalarına fikir verərək xəstəliklərdən uzaq yaşaya bilər.

Axşam.az xarici mətbuata istinadən sağlamlıq məsləhətləri təqdim edir:

1. Görmə qabiliyyətini qoru

Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığın salatın içinə avakado qatmağı unutma.

2. Ürəyinin qayğısına qal
Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.

3. Əzgin görünməkdən yorulmusan
Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sənə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.

4. İmmunitetini gücləndir
Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sənə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsən.

5. Dəri xərçəngindən qorun
Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.