Türkiyənin Baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan bu il martın 9-da tutduğu vəzifədən uzaqlaşdırılıb.
 
Milli.Az "Report"a istinadən bildirir ki, bu haqda “Hürriyət" qəzeti məlumat yayıb.
 
Mahçupyan qəzetə müsahibəsində bildirib ki, yaş həddi ilə əlaqədar bu il martın 9-dan etibarən baş müşavir vəzifəsində çalışmır.
 
"Mən indi fəxri müşavir kimi vəzifəmi icra edirəm. Bu məsələdə bir dəyişiklik olub: indi maaş almıram. Hazırda xaricdəyəm və burada fəaliyyətimi davam etdirirəm".
 
Xatırladaq ki, E.Mahçupyan 1950-ci il martın 9-da anadan olub. Ölkə qanunlarına əsasən, 65 yaşdan sonra dövlət məmuru təqaüdə çıxarılır.
 
Milli.Az