Şeyx qeyd edib ki, dünyada İslam dini əleyhinə aparılan mübarizənin qarşısını almağa çalışırlar: "Bu yolda biz ən böyük dəstəyi elmdən və elm adamlarından alırıq. Lakin burada da çətinliklərimiz var. Din xadimləri uzun illər elmdən uzaqladırılıb, onları elmin düşməni kimi təqdim ediblər. Müstəqillik dövründə elmin və dinin vəhdəti öz bəhrəsini verir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən də son zamanlar Milli Elmlər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər nəticəsində bu sahədə irəliləyiş əldə olunub. Bizim mənviyyatımız, əxlaqımız İslamla bağlıdır. İslam sülh, qardaşlıq dinidir. Bunu bütün dünya bilməlidir”.

A.Paşazadə bildirib ki, Azərbaycandakı mövcud tolerantlıq, multikulturalizm, dinlərarası dialoq bütün dünya üçün örnək ola bilər: "İndi düynada buna böyük ehtiyac var".