Bakı, 16 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində 15 Aprel - Beynəlxalq Mədəniyyət gününə həsr edilmiş tədbirlər keçirilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə bu günün əhəmiyyətindən söz açılıb.
Çıxışlarda Azərbaycan mədəniyyətinin - zəngin və qədim tarixə malik olduğu bildirilib. Həmçinin mədəniyyətimizin xaricdə təbliği və tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Xüsusi olaraq, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti, milli mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələri haqqında ətraflı məlumat verilib.
Sonda incəsənət ustaları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.