Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 17-də “Hilton Baku” otelində bəstəkar-müğənni, əməkdar artist, “Baku-2015” ilk Avropa oyunlarının ulduz elçisi Tünzalə Ağayeva İtaliya və Fransanın tanınmış müğənnisi Kelli Coys ilə birgə mətbuat konfransı keçirəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən müğənni bildirib ki, mətbuat konfransı “Baku smiles” adlı musiqi layihəsinə həsr olunub.
Kelli Coys ilə duet şəklində ifa olunan mahnının şəxsi təşəbbüsü ilə yarandığını söyləyən ifaçı deyib ki, bu musiqi əsəri “Baku-2015” ilk Avropa oyunlarına həsr olunub.
Mahnının sözləri İsmayıl Dadaşova, musiqisi Tünzalə Ağayevaya, aranjimanı Emin Kərimova məxsusdur.