Rusiya Federasiyasında axtarışda olan azərbaycanlı tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Ağdam rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanda axtarışda olan Seymur Babayev tutulub.

S.Babayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarış elan edilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS