"Çox məyusuq. Cavab qarşılaşmasına hazırlaşmaq üçün 6 gün vaxtımız var. Həmin oyuna kimi hansı dəyişikliklər edəcəyimizi düşünəcəyik. Bu gün heç bir futbolçum öz səviyyəsinə uyğun oynamadı. Sanki üzərimizdə qala buludlar var idi".
 
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə ilk matçdan (1:3) sonra deyib.
 
O bildirib ki, 1:3 hesablı məğlubiyyətdən sonra növbəti tura yüksəlmək çətin olacaq:
""Portu" bizdən çox yaxşı oyun nümayiş etdirdi. Qarşılaşmanın əvvəlində iki qol vurdular və üstünlüyü ələ keçirdilər. Rəqibimizin çox güclü olduğunu bilirdik. Onlar müdafiədə də yaxşı təsir bağışladılar. 1:3 hesablı məğlubiyyətdən sonra növbəti tura adlamaq çox çətindir, ancaq cavab qarşılaşmasında əlimizdən gələn hər şeyi edəcəyik".

Milli.Az