"Son dövrlər dünyanın tibb universitetlərində meyit çatışmazlığı müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Tibb Universitetinin İnsan anatomiyası kafedrasının rəhbəri Vaqif Şadlinski məlumat verib.

"Azərbaycan, sözsüz ki, bu məsələdə istisna deyil. Belə şəraitdə biz tələbələrə insan orqanlarını göstərmək imkanından məhrum olmuşuq. Anatomik biliklərin artması üçün tələbələrin insan orqanlarını görmələri vacibdir. Ancaq hazırda hər şey kameraya çəkilir və dərs zamanı göstərilir. Anatomiyaya dair videomaterialları xaricdən alırıq", - o əlavə edib.

Milli.Az