Ekspert: "Azərbaycan qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində kiberhücumlara məruz qala bilər"
"Kibertəhlükəsizliyin təmin olunması məsələsi Azərbaycan üçün bu gün çox vacibdir. Qeyd etmək istəyirəm ki, respublikada Azərbaycan Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Həmin agentlik bilavasitə bununla məşğul olur və bu istiqamətdə tədbirlər görür", - O.Gündüz vurğulayıb.
Azərbaycana dair konkret təhlükələr mövzusuna toxunan ekspert hesab edir ki, Azərbaycan aprel ayına təsadüf edən qondarma "erməni soyqırımı"nın 100 illiyi və iyun ayında keçiriləcək I Avropa oyunları ərəfəsində kiberhücumlara məruz qala bilər.
Onun fikrincə, bu gün dövlət tərəfindən kibertəhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlər kifayət etmir.
"Hər dəfə biz bu sahədə yaranan problemləri müşahidə edirik. Yəni saytlar hücumlara məruz qalır, onlar məhv edilir və ya işləri ləngidilir, bu da müxtəlif strukturların və müəssisələrin fəaliyyətinə təsir edir", - forumun rəhbəri deyib.
Ekspert vurğulayıb ki, bu gün kibertəhlükələrə qarşı mübarizə məsələsində daim nəyəsə arxayın olmaq mümkün deyil. O, həmçinin əlavə edib ki, bu gün kiberhücumlar peşəkar səviyyədə həyata keçirilir və bir çox dövlətlər, maliyyə qurumları və siyasi qruplar öz tərkiblərində digər dövlətlərə və strukturlara qarşı istifadə etmək məqsədilə xüsusi xaker qrupları saxlayır.
"Hər gün yeni texnika, yeni proqramlar yaradılır. Bu nöqteyi-nəzərdən dövlət zamanla ayaqlaşmağı bacarmalıdır. Düşünürəm ki, dövlət strukturları 24/7 formatında gecə-gündüz bu cür kibertəhlükələrə daim və mütəşəkkil şəkildə reaksiya verməlidir", - O.Gündüz qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47