Bakıda cavan qadın özünü zəhərləyib. Milli.Az xəbər verir ki, Yasamal rayonunda yaşayan 30 yaşlı Esmira Dadaşova sirkə turşusu içib. Ailə üzvləri onu ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Xəstəxanadan Milli.Az-a bildirildi ki, E.Dadaşovanın vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.