Üç ildir evli olan Tuba və müğənni Doğukan Manço cütlüyünün boşanması ilə bağlı xəbərlər yayılıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, şayiələr Tubanın Doğukanın da iştirak etdiyi "Survivor All Star" yarışmasını Tvitterdə tənqid edəndən sonra daha çox yayılıb.

"İnsanların vaxtını boş yerə sərf edən lazımsız bir proqramdır. O qədər pis oluram ki... Ölkənin gəldiyi günə bax".

O, boşanmaları ilə bağlı isə belə deyib:

"Münasibətimiz həmişə gözdən kənarda olub. Ona görə bu barədə danışmaq istəmirəm".

Qeyd edək ki, D.Manço Türkiyə musiqisinin əfsanələrindən sayılan Baış Mançonun oğludur.