Bakı, 15 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında memorandum imzalanıb.
Mərkəzin sədri Səlim Babullaoğlu Azərtac-a bildirib ki, memorandumun məqsədi hər iki xalqın ziyalıları, yazarları arasında qarşılıqlı əlaqələrin genişlənməsidir.
Sənədə əsasən Azərbaycan və Rusiyanın tanınmış şair və yazıçıları arasında görüşlərin keçirilməsi, informasiya resusrslarında mədəni tədbirlərin işıqlandırılması, yaradıcılıq gecələrinin, “dəyirmi masa”ların təşkili mümkün olacaq. Çağdaş Azərbaycan ədəbiyyatının rus dilinə tərcümə və nəşr edilməsinə, Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan ruslar arasında ardıcıl mədəni dialoqların təşkilinə dəstək veriləcək.