Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib."Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir"
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəqiq və aydındır: “Türkiyə bütün beynəlxalq konfranslarda Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir”.
Parlament sədri təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üçün hələ də fəallıq göstərmir: “Dağlıq Qarabağ münaqişəsini həll etmədən Cənubi Qafqazda sülhə nail olmaq qeyri-mümkündür”.
Milli.Az