AZƏRTAC-la Yaponiyanın informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Saziş tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların mütəmadi yerləşdirilməsini nəzərdə tutur.
Baş direktor Aslan Aslanov deyib ki, geniş perspektivləri olan bu sənəd Azərbaycan və Yaponiya arasında inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə, AZƏRTAC ilə JİJİ PRESS arasında təcrübə və informasiya mübadiləsinin aparılmasına böyük töhfə verəcək: "Saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkənin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. AZƏRTAC Yaponiyanın Kyodo agentliyi ilə uzun müddətdir əməkdaşlıq edir. Eyni zamanda Yaponiyanın həm JİJİ Press, həm də Kyodo agentliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri (OANA) Alyansı tərkibində uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir".
"Azərbaycanın inkişafı bizi fərəhləndirir", - deyən JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini Yaponiyada bundan sonra daha geniş yayacaqlarını vurğulayıb: "Sənəd Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır".
AZƏRTAC-ı 95 illiyi münasibətilə təbrik edən icraçı direktor bu ilin noyabrında JİJİ PRESS-in yaranmasının 70 illik yubileyinin qeyd olunacağını qeyd edib: "Bu il hər iki agentlik üçün əlamətdardır və imzaladığımız müqavilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək".
İmzalanma mərasimindən sonra keçirilən görüşdə qeyd olunub ki, saziş ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək, xalqların bir-birini daha da yaxından tanımasına xidmət edəcək. Danışıqlar zamanı iki agentlik arasında əməkdaşlığın perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, müasir dövrdə xəbər agentlikləri qarşısında duran çağırışların həlli məsələləri müzakirə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25