[ 15 Aprel 2015 15:17 ]
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda saxta attestat satan şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.