“Azərbaycanın səsi” musiqi yarışması yenidən başlayır.

Axşam.az-ın məlumatına görə, ATV-də yayımlanacaq müsabiqəyə qeydiyyata start verilib.

Mahnı müsabiqəsində qalib gələcək ifaçı ölkəmizi “Türkvizion”da təmsil edəcək.

Qeyd edək ki, “Azərbaycanın səsi”nin ötən ilki qalibi əməkdar artist Elza Seyidcahanın tələbəsi Elvin Ordubadlı olmuşdu.