[ 15 Aprel 2015 13:46 ]
Qusar. Vəli Turan - APA. Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Şirvanovka kənd sakini, 1974-cü il təvəllüdlü Babayeva Rübabə Yarəli qızı özünü yaşadığı evin həyətindəki ərik ağacından asıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.