"NBAStore" 2014-15 mövsümündə forması ən çox satılan basketbolçuların siyahısını hazırlayıb.

Metbuat.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Klivlend"in ulduz basketbolçusu Lebron Ceyms qərarlaşıb. Stefen Karri təkcə Lebrondan geri qalır, Kobe Brayant isə üçüncüdü.

Ilk onluğa nəzər salaq:

1. Lebron Ceyms ("Klivlend")

2. Stefen Karri ("Qolden Steyt")

3. Kobe Brayant ("Leykers")

4. Kevin Durant ("Oklahoma")

5. Derrik  Rouz ("Çikaqo")

6.Kayri Irvinq ("Klivlend")

7. Tim Dankan ("San Antonio")

8. Karmelo Entoni ("Nyu-York")

9. Dueyn Ueyd ("Mayami")

10. Bleyk Qriffin ("Klippers")