Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün saat 10:00-dan işlər başa çatanadək qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlara, həmçinin Motodrom yaşayış massivinə, M.Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə Trend-ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az