2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1714 müəssisə yaradılıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, yeni müəssisələrin 52,2 faizi Bakıda, 14,6 faizi Aran, 10,2 faizi Lənkəran, 6,9 faizi Abşeron, 6,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, 2015-ci ilin yanvar-mart aylarında ölkənin vergi orqanlarında 18 279 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
Mənbə
ANS PRESS