Bakı. 14 aprel. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalın.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:42-də başa çatıb.