Şahmat məsələlərinin həlli üzrə 36-cı Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 14 aprel, AZƏRTAC
Şahmat məsələlərinin həlli üzrə sayca 36-cı Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində keçirilən çempionatda qələbə uğrunda 9 şəhəri təmsil edən 29 idmançı mübarizə aparıb.
Yarışda dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli - 20 dəqiqə, üçgedişli - 60 dəqiqə, etüdlər - 80 dəqiqə, çoxgedişli - 80 dəqiqə, yardımmat-50 dəqiqə, əks-mat - 50 dəqiqə) ümumilikdə 18 məsələ təqdim olunub. Düzgün həll edilmiş hər tapşırığa görə iştirakçılara 5 xal verilib.
Gərgin mübarizədə qaliblər yalnız sonuncu - 6-cı turdan sonra məlum olub. Birinci yeri 90 mümkün xaldan 82,75 xal toplayan İsmayıllı şahmatçısı, beynəlxalq usta Ramil Cavadov tutub. O, bu nəticə ilə dördüncü dəfə çempion adını qazanıb. Yığmamızın daha bir üzvü, şahmat üzrə beynəlxalq usta, Sumqayıt təmsilçisi Misrəddin İsgəndərov 81,5 xalla gümüş, Qəbələ şahmatçısı, 15 dəfə ölkə çempionu olan, beynəlxalq usta Araz Alməmmədov isə 75 xalla bürünc medallara layiq görülüblər. Bakı şahmatçısı Rəşad Zeynallı 49,5 xalla dördüncü, Aqşin Məsimov isə 47 xalla beşinci olublar.
Veteranlar arasında ən yaxşı nəticəni aprelin 12-də 65 yaşı tamam olan tanınmış etüd tərtibçisi Muradxan Muradov (Qobustan, 27,5 xal), yeniyetmələr arasında isə Mirmusa Feyziyev (14 xal) və Teymuraz Axundov (12,5 xal) göstəriblər.
Komanda hesabında İsmayıllı şahmatçıları (Ramil Cavadov və Cahangir Niftəliyev) 108,75 xalla birinci, Bakı-1 kollektivi (Rəşad Zeynallı və Aqşin Məsimov) 96,5 xalla ikinci, Sumqayıt təmsilçiləri (Misrəddin İsgəndərov və Zaur Bayramov) isə 91,5 xalla üçüncü yeri tutub.
Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Ərəblərdən ulduz futbolçuya təklif
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08