Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyi qeyd edilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş xatirə günü və fərdi sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirakı etdikləri tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev qonaqları salamlayıb. O, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” adlı kitabının da təqdim edildiyini söyləyib.
Müəllif kitabda rəssamın yaradıcılığına, ictimai fəaliyyətinə, eləcə də onun haqqında xatirələrə geniş yer verib.
Tədbirdə xalq rəssamları Tofiq Ağababayev, Altay Hacıyev, Cəmil Müfitzadə, Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək bildiriblər ki, Kazım Kazımzadə, əsasən, təsviri sənətin dəzgah və kitab qrafikası sahəsində fəaliyyət göstərib. Qeyd olunub ki, Azərbaycan təsviri sənətinin klassiklərindən olan Kazım Kazımzadə kitab qrafikasının əsasını qoyanlardan biridir. Kitab qrafikası ilə bərabər, dəzgah qrafikasında o, bir sıra şair, yazıçı və publisistlərimizin portretlərini yaradıb. Bildirilib ki, o bir çox tarixi əsərlərin müəllifidir.
Bildirilib ki, rəssamın bədii irsinin maraqlı məqamı xarici səfərlərə həsr olunmuş silsilələridir. “Tahe Kəsran”, “Havanada küçə”, “Mayak”, “Kərkük”, “Kərküklü qoca”, “Füzulinin məqbərəsi” kimi əsərlər rəssamın müxtəlif silsilələrinin ən parlaq inciləridir.
Diqqətə çatdırılıb ki, Kazım Kazımzadənin milli adət-ənənələrimizi, etnoqrafiyamızı, geyim tariximizi dərindən bilməsi ona bir çox teatr tamaşalarına və kinofilmlərə geyim eskizlərini çəkməyə, bir neçə xalça çeşnisini tərtib etməsinə imkan verib.
Vurğulanıb ki, bütün bunlarla yanaşı K.Kazımzadə yarım əsr indiki Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışıb, muzeyin ərsəyə gəlməsinə, kolleksiyasının zənginləşməsinə böyük əmək sərf edib.
Çıxış edənlər, həmçinin görkəmli rəssamla bağlı xatirələrini bölüşüblər.
Rəssamın ailəsi adından oğlu Əli Kazımzadə həm tədbirin təşkilinə, həm də kitabın tərtibində əməyi olanlara təşəkkürünü bildirib.
Sonra sərgiyə baxış olub.
Sərgidə rəssamın 46 qrafik əsəri nümayiş olunub. Müharibə mövzusuna həsr etdiyi "Darmadağın edilmiş faşist tankı", "İstirahət zamanı", "Anadan məktub", "Bizim uşaqlar" silsiləsindən - "Mən sizə qulaq asıram", "Rəsm çəkəcəyəm", "Çıxış ərəfəsində" kimi əsərlərlə yanaşı, A.A.Bakıxanov, Əli Fəzli, Əbdülqasım Hüseynzadənin portretləri, Nizami, Məhsəti Gəncəvi, Xətai, Hafiz və digər görkəmli şairlərin yaradıcılığına çəkilmiş illüstrasiyaları maraqla qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25