"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Soltanovdan 25 ədəd 100 manatlıq saxta əsginaz götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.