"Bakı-2015" ilə bağlı yeni qadağalar
Axşam.az “anspress”ə istinadən xəbər verir ki, iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliklər I Avropa Oyunları ilə bağlıdır.
AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, sözügedən qanuna dəyişikliklərdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizlik və asayişin təmin edilməsi məsələləri öz əksini tapıb.
Qeyd edək ki, bu dəyişikliyin adıçəkilən qanunun 40-cı maddəsinin 1-ci bəndinə salınacağı nəzərdə tutur. İdman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlər Avropa Oyunlarına buraxılmayacaqlar. Həmçinin bütün növ alkoqollu içkilər, narkotik vasitələr, psixotrop maddələr, silahlar, onların ayrı-ayrı hissələri, partlayıcı maddələr, döyüş sursatları gəzdirən insanlar da məsuliyyətə cəlb ediləcək.
Qanun layihəsində kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə açıq dolu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkiləri qəbul etmək, narkotik vasitələrdən istifadə etmək qadağan olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33