Tədbirdə Ombudsman aparatının nümayəndəsi Müqalib Mahmudov, Sağlam və Birgə İctimai Birliyin sədri Aytən Qasımova-Eynalova, Autizm Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyinin rəhbəri Elnur Hüseynov Azərbaycanda autizm sindromlu uşaqlara dövlət qayğısından, əlaqədar layihələrin hazırlanmasından və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.
Tədbirin sonunda Autizm xəstəliyini dolğun əks etdirən Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülən rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.




