Salyan rayon sakini evindən oğurluq edilməsi barədə polisə yalan məlumat verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırımaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Aparılan araşdırma zamanı A. Məcidovanın evindən oğurluq edilmədiyi və onun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub.

Toplanmış material rayon prokurorluğuna göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS