Bakı, 14 aprel, AZƏRTAC
Braziliyanın və dünya futbolunun canlı əfsanəsi hesab olunan Pele argentinalı Lionel Messini növbəti dəfə tənqid edib.
Gələn il Çilidə keçiriləcək “Copa America” çempionatı haqqında FIFA-ya açıqlama verən Pele L.Messinin Argentina yığma komandasında yaxşı çıxış edə bilmədiyini qeyd edərək deyib: “Messi İspaniyada, “Barselona” komandasında gözəl oynayır. Amma eyni fikri onun Argentina milli komandasındakı çıxışı barədə söyləməyə bilmərik. Argentina fərqli sistemdə futbol sərgiləyir və komanda oyunu oynaya bilmir”.
İyunun 11-dən iyulun 4-dək Çilidə keçiriləcək “Copa America” çempionatını “Ulduzların kuboku” adlandıran Pele bildirib ki, müasir dövrdə futbolçular oynadıqları komandalardan daha çox tanınırlar. Cənubi Amerika Kuboku da ulduzların yarışı olacaq. Buna şübhə yoxdur.