Bakıda “Mercedes” markalı minik avtomobili yanıb.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və salonu yanıb.

Avtomobilin yük hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS