Bakı, 14 aprel, AZƏRTAC
Mayın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Barboskinlər hiperfəzada" interaktiv əyləncəli tamaşa nümayiş olunacaq. Tamaşa həm uşaqlar, həm də onların valideynləri üçün maraqlı olacaq. “Barboskinlər” cizgi filminin populyar personajları gözlənilməz və fantastik vəziyyətlərlə qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, tamaşada proyeksiya ekranından və başgicəlləndirən multiplikasiya effektlərindən istifadə ediləcək. Kinoproyeksiya artistlərin zalda əyləşənlər ilə oyunlar oynamağına imkan yaradır.
Personajların ifasında sirk nömrələri və maraqlı rəqslər də olacaq. Qəribə vəziyyətlər və dolaşıqlıq tamaşaçıları əyləndirəcək.
Tamaşanın sonunda hər kəs bir-biri ilə dil tapacaq, uşaqlar bütün çətinliklərin öhdəsindən gələcəklər.