Milli.Az modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
Aşağıda sizə təqdim olunan 16 sualı cavablandırın. “Hə” cavabını 5 bal, “yox” cavabını 1 bal qiymətləndirin.
1. Dilinizin üst səthində sarı ərp yaranır?
2. Üzünüzün rəngində solğunluq hiss edirsiniz?
3. Yağlı yeməkləri çətin həzm edirsiniz?
4. Sağ qabırğaaltı nahiyədə ağrılar olur?
5. Allergiyaya meyllisiniz?
6. Yorulma və əsəbilik tez-tez olur?
7. Ağzınızda açı dad hiss edirsiniz?
8. Artıq çəkidən əziyyət çəkirsiniz?
9. Gözlərinizin ağı sarımtıl rəngə çalır?
10. Saçlarınız tez çirklənir?
11. Dəriniz çox yağlı, yaxid çox quru olur?
12. Dərinizdə ləkələr yaranır?
13. İştəhanızdan şikayətlənirsiniz?
14. Antibiotiklərlə tez-tez müalicə alırsınız?
15. Spirtli içkilərdən müntəzəm istifadə edirsiniz?
16. Yuxunuzda problemlər var?
Əgər toplanan ballar 25-ə qədərdirsə, sizin qaraciyəriniz normal vəziyyətdədir. Bu sizin düzgün qidalanma və sağlam həyat tərzi keçirməyinizin nəticəsidir.
Balların sayı 26-50 arasındadırsa bu artıq xəbərdarlıqdır ki, qaraciyərinizin normal fəaliyyəti üçün qida rasionunuzda və həyat tərzinizdə dəyişiklik edəsiniz.
Əgər toplanmış ballar 51-80 arasındadırsa, ləngimədən həkimə müraciət etməyiniz və ciddi müalicə almağınız vacibdir.
Sağlamlığınızın qayğısına vaxtında qalın ki, problemlərin həlli asan olsun.
Milli.Az