Məşhur ingilis model Kelli Brukun intim şəkilləri yenidən sosial şəbəkədə yayılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda "Mirror" qəzeti xəbər verib. Ötən il bir neçə şəxsi fotosu internetə sızdırılan Kelli Brukun bu dəfə daha bir neçə intim şəkli internetə yüklənib.

Brukun ortaya çıxan son fotolarının bəzilərində onun tamamilə çılpaq olduğu görünür.

Fotoların bəzilərində yataqda keçmiş nişanlısı David McIntoşla qucaqlaşarkən görünən 35 yaşlı Bruk ilk foto qalmaqalından əvvəl atdığı bir tvitdə, "Mənə aid görə biləcəyiniz tək çılpaq şəkillər mənim sızdırdıqlarım olacaq, ya da fotoşopla üzümün başqa bir bədənə əlavə olunduğu saxta kadrlar" demişdi.





















Mənbə
ANS PRESS