Azərbaycanlı rejissorun daha bir tamaşası Türkiyənin teatr səhnələrini fəth etməkdədir
Adana, 13 aprel, AZƏRTAC
Türkiyənin Adana şəhərində yaşayıb-yaradan Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Cahangir Novruzov qardaş ölkədə növbəti sənət uğuruna imza atıb. Görkəmli teatr xadiminin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ithaf etdiyi və dünyada baş alıb gedən terrorizmə qarşı etiraz olaraq səhnələşdirdiyi Qriqori Qorinin “Herostratı unudun!” pyesi əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası böyük maraqla qarşılanıb.
Türkiyənin Adana Böyük Şəhər Bələdiyyəsi Teatrında səhnəyə qoyulan tamaşanın premyerasına gələnlər arasında Adana şəhər rəhbərliyi, ölkə ictimaiyyətinin görkəmli simaları, Azərbaycanın Ankara və İstanbuldakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, diaspor qurumlarının, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, TÜRKSOY-un nümayəndələri, qardaş ölkənin nüfuzlu teatr tənqidçiləri, tanınmış sənətçilər iştirak ediblər.
“Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetinin əsasında dünyanın 7 möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş qədim Efes şəhərində Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi dayanır. İlk baxışda Herostratın məqsədi müqəddəs məbədi yandıraraq şöhrət qazanmaq və adını əbədiləşdirmək cəhdi kimi görünsə də, hadisələrin inkişafı onun hədəfinin hakimiyyəti ələ keçirməyə qədər gəlib çıxdığını göstərir. Hakimiyyət hərisliyinin bütün müqəddəs dəyərləri tapdaladığı bir cəmiyyətdə məbədin yandırılması eyni zamanda bu gün müxtəlif formalarda davam edən terror aksiyalarının təməlində bu məqsədin olduğunu ortaya qoyur. Əsərdə məbədin yandırılması bir obraz olaraq Cahangir Novruzov tərəfindən mənəvi dəyərlərin itirilməsi və yox olması mənasına işarə edir.
Tamaşadan əvvəl günümüzdə baş verən qanlı terror hadisələri, o cümlədən Xocalı soyqırımını da əks etdirən sənədli videofilmin göstərilməsi, rəsmi tarixdə qəbul olunmuş ilk terror hadisəsindən çox uzun zaman keçməsinə rəğmən hələ də terror, qan, qətliam kimi bəlaların bu gün dünyanın müxtəlif yerlərində artaraq davam etməsinə diqqət çəkilib. Mövzunun aktuallığı və C.Novruzovun uğurlu rejissor işi ilə yanaşı böyük əksəriyyəti elə özünün Çuxurova Universitetində yetişdirdiyı aktyorların məharətlə yaratdığı obrazlar son dərəcə inandırıcı və maraqlı olmaqla bərabər, böyük bir zövqlə tərtib edilmiş dekorasiya, musiqi, kostyum, qrim, səhnə effektləri, bir sözlə teatr sənətinin bütün elementlərin ahəngi, bütövlükdə tamaşanın böyük uğurunu təmin edib.
Qeyd edək ki, tamaşanın dekorasiya və kostyumları Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi Günəş Abbasova tərəfindən tərtib edilib. Tamaşa teatrsevərlərlə yanaşı nüfuzlu tənqidçilər, eləcə də peşəkar teatr aktyorlarının da rəğbətini qazanıb.
Premyeranın ardından çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü və başqaları yaradıcı heyəti, eləcə də bu möhtəşəm sənət əsərinin ortaya çıxmasında əməyi olan hər kəsi təbrik ediblər. Çıxışlarda iyirmi ildir ki, Türkiyədə yaşayıb-yaradan C. Novruzovun növbəti uğuru qardaş ölkənin teatr sənətinin inkişafına yeni bir töhfə kimi qiymətləndirilib. Natiqlər bildirdiblər ki, Azərbaycan və Türkiyə inkişaf və tərəqqi yolunda birgə addımladıqları kimi, beynəlxalq terrorizmə qarşı mübarizədə də bir yerdədirlər. Teatrsevərlərin görüşünə gələn tamaşa da, bu istiqamətdə atılan dəyərli bir mənəvi addımdır.
Tamaşadan sonra çıxış edən adanalı yaradıcı heyətin nümayəndələri bildirdiblər ki, onların ən böyük arzusu görkəmli teatr xadiminin quruluş verdiyi tamaşanı onun doğma Vətənində Azərbaycan tamaşaçısına təqdim etməkdir.
Mübaliğəsiz olaraq qeyd edə bilərik ki, tamaşanın yüksək keyfiyyətlə səhnələşdirilməsində terrorun Azərbaycan və Türkiyənin tarixində və gündəlik həyatında yaşatdığı silinməz izlərin də özünəməxsus rolu var. Bəli, ölkələrimiz və xalqlarımız dünya terrorizminin önündə gedən erməni terrorizminin törətdiyi ən dəhşətli hadisələri yaşamışdır. Əfsuslar olsun ki, hələ də ölkəmiz və xalqımız erməni terrorizminin təhdidləri ilə üz-üzə qalmaqdadır. Bu tamaşa Cahangir Novruzovun sənət nümunəsinin timsalında Azərbaycan xalqının terrora qarşı barışmaz mövqeyinin göstəricisidir. "Herostratı unudun!" əsəri qədim dövrdə baş vermiş bir hadisəni əks etdirsə də onun yüksək peşəkarlıqla səhnələşdirilməsi müasir dövrdəki terror və münaqişələri özündə əks etdirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Adana
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25