Bakı, 13 aprel, AZƏRTAC
“ClimBaku” İdman Dırmanma Mərkəzində paraplanerizm üzrə ilk kurslar başlanıb. Kurslar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) heyətində təşkil edilib.
AZƏRTAC Federasiyanın saytına istinadla xəbər verir ki, treninq hollandiyalı mütəxəssis Stefen Çarltonun iştirakı ilə keçirilir.
Qeyd edək ki, bir həftə davam edəcək kurslar pulsuzdur. Kurslarda həm peşəkarlar, həm də bu sahədə təcrübəsi olmayanlar iştirak edə bilərlər.