Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda qətl törətmiş şəxsin görüntüləri yayılıb. “Report” Kupyorkin Vladimir Viktoryeviç adlı həmin şəxsin görüntülərini təqdim edir.
Qeyd edək ki, Bakının Səbael rayonunda 45 yaşlı Rafiq Ağayevin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb. Hadisədən sonra əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Keçirilən əməliyyat zamanı R.Ağayevin tanışı 1972-ci il təvəllüdlü Kupyorkin Vladimir Viktoryeviç tərəfindən qətlə yetirilməsi məlum olub və o saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Qətlə yetirilən və hadisəni törədən şəxslərin spirtli içki aludəçisi olduğu bildirilir, onlar tüfeyli həyat tərzi keçirirmiş.