Badamcıqlar ağız və burun vasitəsi ilə orqanizmə daxil olan mikrobların qarşısını alır. Lakin qripdən və respirator virus infeksiyasından badamcıqlarda bir sıra xəstəliklər yaranır.

RTV (REGİON TV) xəbər verir ki, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına da badamcıqlarında yaranan ağrılarla bağlı müraciət edənlərin sayı artıb. Şikayətçilərin əksəriyyəti boğaz ətini müalicə etdirməkdənsə, onlardan əməliyyat yolu ilə azad olmağı üstün tutur. Həkimlər isə badamcıqlarda tənəffüs yolunun tutulmasına səbəb olacaq səviyyədə böyümə olmayana qədər cərrahi müdaxilənin gecikdirməyin, ya da çox böyük badamcıqların kiçildilməsini məqsədəuyğun hesab edir. Çünki lazım gəlmədikdə boğaz ətinin kəsilməsi sonralar bir sıra infeksion xəstəliklərin yaranmasına səbəb olur.

Həkimlər badamcıqların əməliyyatını nəfəs almaqda mane olacaq qədər böyüdükdə, udqunarkən əziyyət çəkdikdə, tez-tez boğaz ağrısı və iltihabı zamanı məsləhət görürlər. Əməliyyat ümumi anesteziya altında aparılır və 10-20 dəqiqə davam edir. Standart badamcıq əməliyyatlarında olan təxmini qan itkisi nəzərə alınaraq, çəkisi 10 kq-dan yüngül uşaqlarda badamcıq əməliyyatının aparılması məsləhət görülmür. Əməliyyatdan sonra isə qrip və digər infeksionlu xəstəliklərdən ciddi qorunmaq lazımdır. Ağız və burun vasitəsi ilə daxil olan mikrobların qarşısını alan vasitə olmadığından mikroblar orqanizmə asanlıqla daxil olaraq bir çox xəstəlikləri yarada bilir.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото