DSMF sədri: "Pensiya kapitalları minimumdan yuxarı pensiya təminatına imkan verən şəxslərdən staj tələb olunmayacaq"
Onun sözlərinə görə, hazırkı vəziyyətdə 11 il stajı olan kəs hər il 1000 manatdan sosial pensiya haqqı ödəyir: "Lakin 12 illik staj tələbinə tələbə görə o, əmək pensiyası ala bilmir. Təbii ki, belə olduğu təqdirdə həmin şəxsin pensiya almağa marağı qalmayacaq. Bundan başqa, yerdə qalan digər şəxslər dövlətin himayəsində qalsa da, şərtləri bir az sərtləşdirilə bilər. Hətta ola bilsin ki, staj tələbi də artırılsın".
DSMF sədri bildirib ki, sığorta pensiya sistemi qanunvericiliyi tamamilə yenidən qurulacaq: "Ötən dövrdə Maliyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birlikdə mövcud dəyişikliklərin çərçivə planını tam yekunlaşdırmışıq. Hazırda nazirlərarası müzakirə mərhələsindəyik. Müzakirələrdən sonra layihə hökumətə təqdim olunacaq. Bundan sonra isə yuxarı instansiyalar məsələyə baxacaq. Hesab edirəm ki, konsepsiyada nəzərdə tutulan qrafikə uyğun olaraq işləri tam yekunlaşdıra biləcəyik".
O, həmçinin əlavə edib ki, dəyişikliklər nəticəsində Azərbaycanda sosial sığortalanmalarda ödənilən sığorta vəsaitlərin fərdi hesablara qeydiyyat sxemi tamamilə dəyişəcək və yeni əsaslarla təyin olunacaq.
"Dəyişikliklərdən sonra sosial sığorta haqlarının mahiyyətinə daha çox yaxınlaşacağıq. Çünki sosial sığorta haqları mahiyyətinə görə vergi deyil, əksinə, insana ödənilən əmək haqqının fondlaşdırılan bir hissəsidir. Yəni, insan əməyinin dəyər hissəsidir. Əməyin dəyəri təkcə 8 satlıq iş rejimində ona verilən əmək haqqı deyil, digər sosial risklərlə üzləşilən dövrlərdə insanın təminatını ehtiva edəcək rəqəmlərlə ölçülür. Odur ki, sosial sığortanın vergi deyil, əmək haqqına üstəlik olması fəlsəfəsini daha çox ortaya qoyduqca insanlar bunun vergidən fərqini görməyə başlayacaq. Qeyd edim ki, bu gün ölkədə 3 milyon fərdi şəxsi hesabı olan insan var"- deyə, sədr əlavə edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28