Bərdə rayon polis şöbəsinin əməkdaşları qanunsuz narkotika saxlayan şəxsi yaxalayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, saxlanılan rayonun Qaradağlı kənd sakini Ədalət Şahverdiyevdir.

İlkin dindirilmə zamanı narkotik vasitəni yaxınlıqdakı dəmir yolundan tapdığını və öz istifadəsi üçün saxladığını bildirib.

Hazırda Ədalət Şahverdiyevin narkotik maddəni hansı mənbədən və hansı məqsədlə əldə etdiyini dəqiqləşdirlir.

Qeyd edək ki, Ədalət Şahverdiyevin əvvəllər məhkumluğu olmayıb. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində faktla bağlı cinayət işi başlanıb.

Araşdırmalar aparılır.



Mənbə
ANS PRESS: Ramil İbrahimov