Əməkdar artist Lalə Məmmədova kamera qarşısında göz yaşlarını saxlaya bilməyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar"a açıqlamasında mərhum ifaçı Kayahanla bağlı xatirələrini bölüşüb:

"Onun ölümünə tək pis olan mən deyiləm. Hamı onun rəhmətə getməsinə pis oldu. Kayahan bəyin nömrəsini telefonumdan heç vaxt silməyəcəm. Məni Laləciyim deyə çağırırdı. O, qədər təvazökar insan idi ki, onu tərifləməyə də qoymurdu.

Martın 21-də İsveçrədə idim. Biletimi İstanbula aldım ki, gedib onunla görüşüm. Martın 20-də xanımı İpək zəng etdi ki, Kayahanı reanimasiyaya yerləşdirdik. Ona hədiyyə də almışdım, verə bilmədim".

Milli.Az