Balakən Rayon Mərkəzi Xəstəxanasından Kanal S-ə (Region TV) verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Ülviyyə Eynullah qızı Karalova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 20 yaşlı qız bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilən Ülviyyənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az