"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsindəki yarımstansiyada rayon elektrik şəbəkəsində montyor işləyən qəsəbə sakini Mansur Cabbarov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.