Parisdə Azərbaycan kinolarının nümayişi keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Parisdə, “L’Entrepôt” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə “Europe by Europe Film Festivalı” nın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunmuş kino gecəsi keçirilib.
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, kinosevərlər dörd qısametrajlı filmlə tanış olublar. Tomas Qoltzun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da olub. Həmin azərbaycanlı rejissorların qısametrajlı filmləri festival üçün seçilib.
Tədbirdə çıxış edən festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən məmnunluğunu bildirib. O deyib: “İlk növbədə bu əməkdaşlıq bizə Azərbaycan kimi ölkəni kinematoqrafiya vasitəsilə kəşf etməyə imkan yaradır. Əməkdaşlıq etdiyimiz dörd il ərzində biz səkkiz film təqdim etmişik. Onlardan dördü ilə siz bu gecə tanış olacaqsınız. Bu dövr ərzində Azərbaycanın kino sənayesinin dirçəlişinin şahidi oldum və burada yeni yaranan sənətkarlar nəslinin yaradıcılığını misal kimi göstərmək istərdim.”
Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müxtəlif tərəflərindən bəhs edir. “Ofsayd” filmi Qarabağın Ağdam futbol komandasından danışır ki, o, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb.
“Yara” filmi Azərbaycanın sovet hakimiyyəti altında yaşayan yaşlı nəsli və Qərb həyat tərzinə keçidi başa vurmuş gənc nəsil arasında olan boşluğu nümayiş etdirir. “Sonuncu” adlı film isə nəsillər arasında mövcud olan boşluğu daha çox metafizik və bədii formada göstərməyə çalışıb.
Sonuncu “Torn” filmində bir ailənin həyatı haqqında bəhs edilir. Bu sosial mövzu gənc istedadlı aktyor Mir-Mövsüm Mirzəzadə tərəfindən bacarıqla interpretasiya edilib.
Xatırladaq ki, “Torn” və “Sonuncu” filmləri ötən il Kann Film Festivalında qısametrajlı film kateqoriyasında rəsmi olaraq seçilib.
Nümayişdən sonra auditoriya və rejissorlar – Elmar İmanov, Teymur Hacıyev və Engin Kundağ arasında debatlar aparılıb. Sənətkarlar filmlərini necə ərsəyə gətirdiklərini, məkan və aktyor seçimi, Azərbaycanda kino sənayesinin hazırki vəziyyəti və onların gələcək planları barədə sualları cavablandırıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04