"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə baş verib. Belə ki, keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi "Shacman" markalı avtomobili teplovoza vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.
Qəza ilə bağlı araşdırma aparılır.