Azərbaycanda əczaçılıq laboratoriyası yaradılır
Onun sözlərinə görə, Azərbaycanda dərman istehsalı demək olar ki, yoxdur: "Çünki ölkədə təxminən 2-3 faiz həcmdə dərman istehsalı var. Ona görə də elmi tədqiqatlar mütləq təcrübəyə dayanmalıdır. Bu istiqamətdə ATU-nun Əczaçılıq fakültəsində müxtəlif ixtisaslı kadrlar uzun müddət iş aparıblar. Lakin bütün bunlar pərakəndə şəkildə olub. Hazırda dekanlıq olaraq ölkə üzrə müasir problem olan əczaçılıq laboratoriyasının qurulması ilə məşğuluq".
Fakültə dekanı bildirib ki, Prezident yanında Elmin İnkişafı Fondunun bu istiqamətdə həyata keçirdiyi müsabiqəyə layihə təqdim edilib: "Laboratoriyanın qurulması üçün 1 milyon dəyərində layihənin qalibi olmuşuq. Hazırda yeni laboratoriyanın qurulması və avadanlıqların alınması istiqamətində işlər aparılır. Bundan sonra elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqini keçirmək daha rahat olacaq. Həmçinin laboratoriya vasitəsi ilə keyfiyyətsiz dərmanlara nəzarəti gücləndirmək üçün müəyyən qədər kömək edə biləcəyik".
Avadanlıqların əsasən Amerikanın "Agilent" şirkətinə məxsus olacağını deyən T.Süleymanov qeyd edib ki, dərmanların keyfiyyətinə nəzarəti həyata keçirmək üçün ən müasir avadanlıqlar məhz bu şirkətə məxsusdur: "Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan brendinə uyğun gələn dərman məhsulları istehsal olunmalıdır. Ona görə də bu işlərə nəzarət edən laboratoriyanın olması vacib idi. Laboratoriya Tibb Universitetinin əsaslı korpusunda ayrıca struktur kimi fəaliyyət göstərəcək. Laboratoriyanın yaradılmasında əsas məqsəd əczaçı alimlərimiz öz təcrübələrini praktikada tətbiq edə bilmələri, həmçinin doktorant və magistrları işlə təmin etməkdir. Bundan başqa, laboratoriyadan müəyyən qədər tədris prosesində yararlana biləcəyik. 2015-ci ilin sonuna qədər laboratoriya təhvil verilməlidir".
O, həmçinin əlavə edib ki, Avropa ölkələrində kliniki əczaçılıq üzrə mütəxəssislər hazırlanır: "Hazırda Azərbaycanda tədris proqramının bu istiqamətdə dəyişdirilməsi ilə bağlı işlər aparılır. Bununla da kliniki əczaçı kadrların hazırlanmasına başlanılacaq. Böyük Britaniyadan əczaçılıq şöbəsinin dekanı ekspert kimi ATU-nun qonağı olub. O, bu proqrama rəy yazıb".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05