Bakıda qadın özünü öldürüb. Milli.Az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 52 yaşlı Mahiyyə Cəlilova özünü sirkə turşusu ilə zəhərləyib. Gecə saatlarında onu ailə üzvləri xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.