"Nadir heç vaxt məni məsxərəyə qoymaz və əminəm ki, kimsə də mənim yazdığım şeirlərə lağ etsə, Nadir onların cavabını verər. Çünki o, keçmişi unudan insan deyil. Özü də etiraf edib ki, onun bu sənətdə olmağına səbəbkar olanlardan biri mənəm. Demirəm, Nadirin müəllimiyəm, amma onun üstündə zəhmətim var.
Nadir mənim güvəndiyim insanlardan biridir və onun dediyi sözləri bəzən səhv başa düşürlər, amma o kimə də lağ etsə, heç vaxt Elzaya qarşı bunu etməz".
Xatırladaq ki, A-dan Z-yə verilişində qonaq olan Nadir Qafarzadə bildirmişdi ki: "Mən ancaq Elza Seyidcahanın şeirlərini oxuyuram. Çox gözəl şeirlər yazır".
Bu açıqlamasının ardınca isə Elzanı bəzi ölməz şair və yazıçılarla müqayisə edib üzünə maraqlı mimika verərək dediklərinin məqsədini bu jesti ilə tamaşaçılara çatdırmışdı. O buraxılışda digər qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu isə Elzanın şeirlərinin mənalı olduğunu bildirib. "Sadəcə olaraq onun yazdığı şeirləri şoulaşdırırlar. Amma diqqətlə oxusanız, şeirlərdə çox mənalı misralar var", - deyə meyxanaçı bildirmişdi.
Milli.Az