Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qrız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb. Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.
 
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.
 
Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.

Milli.Az