[ 12 Aprel 2015 17:11 ]


Quba. Vəli Turan - APA. Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qırız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb. Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.

 

Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.

 

Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.